DÇ-2022: “Portuqaliya Ronaldosuz daha yaxşı oynayır”

Futbol agenti Paulo Barbosa Portuqaliya yığmasının DÇ-2022-nin 1/8 final mərhələsinin İsveçrə ilə oyunu (6:1) haqqında fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Portuqaliya millisinin kollektiv oyun sərgilədiyini vurğulayıb:

“Portuqaliya meydanda Kriştiano Ronaldo olmadan daha yaxşı oynayır. Komanda hər dəfə oyunu onun üzərində qurur. Son matçda bunun əksi baş verdi. Həmin oyun bütün şübhələri alt-üst etdi. Rəqib qapısına altı qol vurduğumuz üçün yox, komanda kollektiv çıxış etdiyi üçün daha yaxşı oynadıq”.

Barbosa Mərakeş millisi ilə keçiriləcək oyun barədə də danışıb:

“Portuqaliya yığmasında keyfiyyətli oyun nümayiş etdirə bilən istedadlı futbolçular var. Təəccüblü heç nə yoxdur. Düşünürəm ki, Kriştiano ilk dəqiqələrdən Mərakeşlə matçda meydana çıxmayacaq. Mərakeşlə matçda Portuqaliyanın fərqli səviyyədə oynadığı aydın göründü”.

Ronaldonun əvəzində oyuna start heyətində başlayan 21 yaşlı Qonsalo Ramos cari mundialda ilk het-trik müəllifi kimi tarixə düşüb.

Portuqaliya millisi DÇ-2022-nin 1/4 finalında Mərakeş yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button