AÇ-2020: Portuqaliya millisində koronavirus şoku

Portuqaliya millisinin futbolçusu Joao Kanselo koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Kanselonun koronavirus testi müsbət çıxıb.

Portuqaliya millisinin AÇ-2020-nin qrup mərhələsinin ilk turunun Macarıstan yığması ilə oyununun heyətinə Kanselonun əvəzinə Dieqo Dalot daxil edilib.

Macarıstan – Portuqaliya matçı iyunun 15-də keçiriləcək.