
Portuqaliya millisində yeni baş məşqçi
Portuqaliya millisinin yeni baş məşqçisi rəsmən açıqlanıb.
Komanda.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
Sözügedən komandanı bundan sonra Jorje Jezus çalışdıracaq. Onunla 2030-cu ilə qədər müqavilə imzalanıb. 71 yaşlı mütəxəssis son olaraq millinin kapitanı Kriştiano Ronaldonun da çıxış etdiyi “Əl-Nəsr”i çalışdırıb.
Portuqal mütəxəssis “Fənərbaxça”, “Benfika”, “Sportinq”, “Flamenqo” kimi klublarda işləyib. O, ilk dəfə milli komandanın baş məşqçisi olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



