Portuqaliya – Azərbaycan matçının hakimləri açıqlandı

Futbol üzrə Azərbaycan milli komandasının DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacağı oyunun təyinatları açıqlanıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Daniel Zibert olacaq. Ona yan xətt hakimləri Yan Zaydel və Rafael Foltin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Saşa Stegemann yerinə yetirəcək.

Martın 24-də İtaliyada keçiriləcək Portuqaliya – Azərbaycan matçı saat 23:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button