Konseysao “Portu”dan göndəriləcək? – Açıqlama

“Portu”nun baş məşqçisi Serjio Konseysao komandadan ayrılacağı ilə bağlı şayiələr haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı, yeni prezidentlə danışıqlara açıq olduğunu bildirib:

“Mən yeni prezidentlə danışıqlara açığam. Bununla bağlı heç bir problemim yoxdur”.

Konseysao bir neçə ay əvvəl “Portu” ilə yeni müqavilə imzalasa da, bu, əvvəlki prezidentin dövründə olub. Klubun yeni prezidenti Andre Villaş-Boaş təkid edə bilər ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləni ləğv etsinlər.

Konseysao 2017-ci ildən “Portu”nun baş məşqçisi vəzifəsində çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button