“Mançester Yunayted”in müdafiəçisi “Portu”ya keçə bilər

“Portu” “Mançester Yunayted”in müdafiəçisi Tayrell Malasiya ilə maraqlanır.

Komanda.az “Voetbal International”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” niderlandlı futbolçunun müqaviləsinin müddətinin bitməsinə 6 ay qaldığı üçün onu qış transfer pəncərəsi bağlanana qədər satmasa, oyunçudan maddi qazanc əldə etməyə bilər.

26 yaşlı oyunçu “Portu”nun transfer siyahısındadır. Klub bu keçidlə bağlı bir neçə variantı nəzərdən keçirir. Portuqaliya klubu, istisna deyil ki, yayı gözləyərək Malasiyanı azad agent kimi heyətinə qatmağa üstünlük versin.

Malasiya cari mövsümdə “Mançester Yunayted”in heyətində cəmi bir oyunda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button