Poqba keçmiş komanda yoldaşı haqda: “Onu “Mançester Siti”yə göndərin”

“Mançester Yunayted”in sabiq futbolçusu Pol Poqba, keçmiş komandasının kapitanı Bruno Fernandes barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi, Fernandesin cari mövsümdə çox yüksək səviyyədə çıxış etdiyini bildirib:

“Bruno “Mançester Siti” kimi daha dominant komandada çıxış etsəydi, fərdi mükafatlar uğrunda da mübarizə aparardı. Onu “şəhərlilər”ə göndərin, o zaman “qızıl top” uğrunda ilk üçlükdə olar”.

Poqba “Mançester Yunayted”dən 2022-ci ildə ayrılıb və hazırda “Monako”nun üzvüdür. Bruno Fernandes isə 2020-ci ildən etibarən “qırmızı şeytanlar”ın formasını geyinir. Portuqaliyalı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə keçirdiyi 32 oyunda 8 qol vurub və 19 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button