Poqba MY-dən gedir – agenti rəsmən açıqladı

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba İngiltərə klubundan ayrılacaq.

Komanda.az xəbər verir ki, bunu fransız yarımmüdafiəçinin agenti Mino Rayola “Tuttosport”a açıqlamasında bildirib.

O, 27 yaşlı oyunçunun Mançester təmsilçisindəki hekayəsinin başa çatdığını bildirib. Amma Rayola Poqbanın komandanı tərk edəcəyi dəqiq tarixi açıqlamayıb. İngiltərə mətbuatının iddiasına görə, bu, qış fasiləsində və ya cari mövsümün sonunda baş verə bilər.

Qeyd edək ki, Poqbanın “Mançester Yunayted”lə 2022-ci ilin yayınadək müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button