“Legiya”nın baş məşqçisi: “Mahirin hazırda bir problemi var”

Polşanın “Legiya” komandasının baş məşqçisi Çeslav Mixneviç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Slaviya”nı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Mixneviç, 2:1 hesabıyla bitən görüşdə komandasına qələbə qazandıran qolları vuran azərbaycanlı hücumçu Mahir Emreli haqda da fikirlərini bildirib:

“Mahir çox həssasdır. Oyundan əvvəl onunla danışmışdım. Uzun illər Azərbaycanda futbol oynayıb. Bu gün burda olan çox şey onun üçün yenidir. Onun sözlərinə görə, 12 yaşında “Legiya” və ya başqa klubun akademiyasına qoşulsaydı, artıq bəzi vərdişləri inkişaf etdirərdi. Bu gün ondan gözlədiyimiz bəzi vərdişləri öyrənir.Taktikanı öyrənməyə çalışır, bacarıqlarını artırmaq istəyir.

Mahir topu öz ayağında saxlamağı sevən futbolçudur. Lakin o, öz işinə diqqət yetirməlidir. Mahirin hazırda bir problemi var. O, hər zaman topla oynamaq istəyir və biz isə onun boşluqlara qaçmasını istəyirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button