“Legiya”nın sabiq futbolçusu Mahir Emreli haqda: güclü və təhlükəli

Polşanın “Legiya” klubunun sabiq futbolçusu Voystex Kovalçik açıqlama verib.

Komanda.az xəbər verir ki, yerli mətbuata danışan keçmiş futbolçu, Varşava təmsilçisində çıxış edən Mahir Emrelinin güclü hücumçu olduğunu deyib:

“Legiya” Polşa çempionatında avrokuboklara nisbətən az qol vurub. “Legiya” bu baxımdan dəhşətli görünür. Ümumiyyətlə, bu problem təkcə bu mövsümdə deyil, ötən illərdə də aktual olub. Bunun üçün əvvəlki matçları xatırlamaq kifayət edər. Bu mövsüm isə yerli çempionatda sadəcə üç qol vurublar.

Baş məşqçi Çeslav Mixneviçin sərəncamında Tomaş Pekqart, Mahir Emreli və Rafa Lopes kimi güclü hücumçular var. Onların hər biri təhlükəlidir. Xüsusilə, “Slaviya” (Praqa) ilə matçda bunu sübut etdilər”.