Çexiya klubu Mahir Emreli ilə maraqlanır

Polşanın “Legiya” klubunda çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli karyerasını Çexiyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 24 yaşlı futbolçu ilə Praqanın “Slaviya” komandası yaxından maraqlanır. Bu barədə “efotbal.cz” saytı məlumat yayıb. Xəbərdə , Çexiya təmsilçisinin məşqçilər heyətinin Emrelini yaxından izlədiyi bildirilib.

Emreli bu mövsüm “Legiya” avrokuboklara vəsiqə qazana bilməsə, klubu tərk edə bilər. Onun Varşava təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button