Polşa klubunun sahibi döyüldü, 2 futbolçusu saxlanıldı

UEFA Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunun “Alkmaar”a qarşı oyunundan (0:1) sonra Polşanın “Legiya” klubunun yarımmüdafiəçisi Josue və müdafiəçi Radovan Pankov polis tərəfindən saxlanılıb.

Komanda.az xəbər verir ki, matçdan əvvəl yerli polislə polşalı azarkeşlər arasında toqquşmalar qeydə alınıb. Buna görə də, matç başa çatdıqdan sonra stadionun təhlükəsizlik xidməti son çarə kimi “Legiya” nümayəndə heyətini stadiondan ən sonda buraxmaq qərarına gəlib və bu, klub rəsmilərinin narazılığına səbəb olub.

“Legiya”nın sahibi Dariuş Mioduski və məşqçi Mixal Kvietnevski avtobusa minərkən dəyənəklərlə döyülüblər. Polis həmçinin, komandanın iki oyunçusunun avtobusdan düşməsini tələb edib. Sonradan “Legiya” rəhbərliyi oyunçularla əlaqə yarada bilməyib və Polşa səfirliyi vəziyyətə müdaxilə etməli olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button