“Polşa çempionatı Azərbaycan Premyer Liqasından daha yaxşıdır”

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” klubuna transferindən danışıb.

Komanda.az xəbər verir ki, 23 yaşlı futbolçu Polşa klubunun rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Legiya”ya keçidimin əsas səbəbi bu komandanın daim titul uğrunda mübarizə aparması və avrokuboklarda çıxış hesabına inkişaf etmək istəyidir. Polşa çempionatı Azərbaycan Premyer Liqasından daha yaxşıdır. Bilirəm ki, burada oynamaqla bacarıqlarımı artıracağam. Komanda yoldaşlarımla məşqlərdə iştirak etməyi böyük səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Mahir Emreli bu gün “Legiya” ilə 3+1 illik müqaviləyə imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button