Poçettino: “Məncə, Mbappe uzun müddət PSJ-də qalacaq”

Fransanın PSJ klubunun baş məşqçisi Maurisio Poçettino komandanın hücumçusu Kilian Mbappe ilə bağlı açıqlama verib.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, Paris klubundakı gələcəyi müzakirə edilən futbolçu barədə danışan Poçettino, onun ayrılmayacağını bildirib:

“Mbappe gülümsəməsi, enerjisi ilə hər kəsə özünü sevdirir. 19 yaşında dünya çempionu oldu, ona böyük təsir edəcək uğurlar qazandı, amma düşüncəsi dəyişmədi. Onun komandadakı gələcəyi ilə bağlı müxtəlif söhbətlər var, amma məncə, Mbappe uzun müddət PSJ-də qalacaq. Klub da buna ümid edir. Ona güvənirik. Düzdür, gələcəyi ilə bağlı qərar verməlidir, amma Mbappe burda xoşbəxt görünür”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button