Poçettinonun gedişi futbolçuları şoka salıb

“Çelsi”nin futbolçuları baş məşqçi Maurisio Poçettinonun klubdan ayrılması xəbərindən sonra şoka düşüblər. 

Komanda.az AS-a istinadən verir ki, oyunçular argentinalı mütəxəssisin getdiyini qrup mesajlarındakı ümumi söhbətdən öyrəniblər.

“Çelsi”nin oyunçularının Poçettino və onun köməkçisi Xesus Peresə böyük hörmət bəslədikləri bildirilir. “Zadəganlar”ın futbolçuları ümid ediblər ki, mövsümün yaxşı başa çatması rəhbərliyi Poçettinonu komandanın “sükanı arxasında” saxlamağa inandıracaq. 

“Çelsi” hazırda hücum futbolu oynadan gənc məşqçi axtarışındadır. Eyni zamanda, klub yeni çalışdırıcının qarşısına Çempionlar Liqasına düşmək məqsədi qoyacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button