Poçettino “Çelsi”nin transfer bazarındakı hədəflərini açıqladı

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino London klubunun yay transfer bazarındakı hədəflərindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis bu yay təcrübəli futbolçularla yanaşı, daha çox gənc oyunçuları da heyətə cəlb etməli olduqlarını bildirib:

“Bu yay təcrübəli futbolçularla yanaşı, daha çox gənc oyunçuları da komandaya cəlb etməliyik. Bu, klubla söhbətlərə, təhlillərə, növbəti mövsüm üçün strategiyanın hazırlanmasına və böyük hədəflər uğrunda mübarizəyə aiddir”.

“Çelsi” Premyer Liqada aprelin 15-də “Everton”la ev matçında üz-üzə gələcək. Komanda hazırda İngiltərə çempionatında 9-cu yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button