Pirlo: “Dərhal A Seriyasına qayıdacağımıza söz verə bilmərəm”

İtaliyalı mütəxəssis Andrea Pirlo “Sampdoriya”nın baş məşqçisi təyin olunması haqda danışıb.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, o, klubun sahibinə və prezidentinə təşəkkür edib:

“Mənim üçün belə gözəl fürsət yaratdıqlarına görə klubun sahibinə və prezidentinə təşəkkür edirəm! “Sampdoriya”nı çalışdırmaq mənə görə A Seriyasında çalışmağa bərabərdir.

Türkiyədə yaxşı işlər gördük. Orada məşqçi kimi inkişaf etdim. İndi daha təcrübəliyəm. Dərhal A Seriyasına qayıdacağımıza söz verə bilmərəm. Lakin bizim əsas məqsədimiz budur”.

Pirlonun sonuncu iş yeri Türkiyənin “Fatih Karagümrük” klubu olub. Keçmiş futbolçu 2022-ci ilin iyunundan 2023-cü ilin mayına qədər orada fəaliyyət göstərib.

“Sampdoriya” 2022/23 mövsümündə İtaliya A Seriyasında sonuncu yeri turub və B Seriyasına yuvarlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button