“Yuventus” bizi sıxışdırdı” – Pioli

“Milan”ın baş məşqçisi Stefano Pioli İtaliya çempionatının 34-cü turunun “Yuventus”la oyunu (0:0) haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ilk hissənin daha yaxşı keçdiyini bildirib:

“Düşünürəm ki, ilk hissədə çox yaxşı oynadıq. “Yuventus” daha sonra meydana çoxlu hücumçu saldı və bizi sıxışdırdı. Lakin biz böyük əzmlə müdafiə olunduq”.

“Milan” hazırda 70 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Yuventus” 65 xalla 3-cüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button