Pikenin “Barselona” üçün seçimi – Qvardiola

“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike Kataloniya komandasının baş məşqçisi Xavini hansı mütəxəssisin ən yaxşı şəkildə əvəz edə biləcəyi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az COPE-yə istinadən xəbər verir ki, keçmiş futbolçu komandanı çalışdıra biləcək məşqçilər arasında seçimlərin çox olmadığını bildirib:

“Barselona”nı çalışdırmaq üçün komandanın oyun tərzini anlayan məşqçi lazımdır. Ona görə də, seçimlər çox deyil. Düşünürəm ki, Pep Qvardiola namizədlər arasındadır. Çünki onun klubda keçmişi var və o, hazırda Mikel Arteta kimi ən yaxşı məşqçidir. O, “Barselona”nı başa düşür və bu klubda oynayıb”.

Xavi yanvar ayında cari mövsümün sonunda “Barselona”dan ayrılacağını açıqlamışdı. 44 yaşlı mütəxəssis 2021-ci ilin noyabrından komandaya rəhbərlik edir.

Xavi daha əvvəl komanda Çempionlar Liqasını qazansa belə, “Barselona”dan ayrılacağını bildirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button