Pike və Şakira yenidən bir arada

“Barselona”nın müdafiəçisi Jerar Pike və müğənni Şakira oğullarının beysbol oyununa birlikdə qatılıblar.

Komanda.az “Daily Star”-a istinadən xəbər verir ki, cütlük həftəsonu Çexiyada keçirilən beysbol turnirində səkkiz yaşlı oğulları Milanın oyununa qatılıb.

Müğənninin sevinclə gülümsəyərək bir qrup uşaqla söhbət etdiyi, Pikenin isə matç bitdikdən sonra başını aşağı salaraq yeridiyi qeyd edilir.

İyunun 4-də Şakira 11 illik evliliyindən sonra Pike ilə ayrıldığını açıqlamışdı.

Pike və Şakiranın yeddi yaşlı Saşa adlı qızı da var.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button