“Tarixdə onun kimi futbolçu yoxdur” – Pike

İspaniya La Liqasının son turunda “Betis”ə 4:1 hesabı ilə qalib gələn “Barselona”nın müdafiəçisi Jerar Pike açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu, oyunu belə şərh edib:

“Nəticə yaxşıdır, amma eyforiyaya qapılmamalıyıq. Bu nəticələrlə çempionluğa daha da yaxınlaşdıq. Hələ qarşıda oyunlarımız var. Hər matçda oyunumuzu yaxşılaşdırmalıyıq”.

İspaniyalı futbolçu, oyunda het-trik edən komanda yoldaşı Lionel Messi haqqında da danışıb:

“Messi xüsusi bir futbolçudur. Hazırda yaxşı oynayan çox futbolçu var, amma Messi 14 ildir ki, yüksək səviyyədə çıxış edir. O, unikaldır. Tarixdə onun kimi futbolçu yoxdur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button