PFL-in prezidenti və vitse-prezidenti əməliyyat olunacaq

“Liv Bona Dea Hospital”ın baş həkimi Cabir Gülmalıyev Xankəndi şəhəri istiqamətində avtoqəzaya düşən Peşəkar Futbol Liqasının əməkdaşlarının durumu barədə məlumat verib.

Komanda.az xəbər verir ki, o, PFL prezidenti Elxan Səmədovla, vitse-prezident Aslan Şahgəldiyevin digərlərinə nisbətən vəziyyətinin daha kritik olduğunu söyləyib:

“Xəsarət alanlardan ikisinin tibbi vəziyyəti kritikdir. Elxan Səmədov sağ baldırın üçdə birində yerdəyişmiş qəlpəli açıq sınıq, Aslan Şahgəldiyev fəqərə sınığı, Sənan Abdullayev hər iki ayaq pəncəsinin əzilməsi, Rasim Qafarlı sağ diz oynağının əzilməsi, Elgiz Abbasov sağ diz nahiyəsinin əzilməsi və sınığı, Zaur Hacı-Məhərrəmov isə burun nahiyəsində küt travma diaqnozu ilə xəstəxanamıza yerləşdirilib. Onlar hazırlıqlardan sonra əməliyyata alınacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button