“UEFA bununla bağlı qərar versə, məcburuq bunu reallaşdıraq” – AFFA rəsmisi

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov milli komanda üzvlərinin peyvənd olunmasının mümkünlüyü barədə danışıb.

Komanda.az xəbər verir ki, qurum rəsmisi, hazırda belə məcburiyyətin olmadığını bildirib:

“Peyvənd məsələsində müəyyən çətinliklər var. Birinci peyvənddən 21 gün sonra ikincisi vurulmalıdır. Vaksinasiya ilə bağlı həkimlərlə müzakirə edirik. Bizi maraqlandıran əsas məsələ budur ki, futbolçular bu müddətdə məşq edə, oynaya biləcək, ya yox. Üstəlik, hazırda ölkədə səhiyyə və təhsil işçiləri peyvənd olunurlar. UEFA bununla bağlı qərar versə, məcburuq bunu reallaşdıraq. UEFA da bu suala cavab verməyə çətinlik çəkir. Vaksinasiyanın millilərə tətbiq edilib, klublara edilməməsi etik olmaz”.

Məmmədov, Qətər millisi ilə yoxlama matçı haqda da danışıb:

“Qətərlə oyunun Londonda keçirilməsi planlaşdırılır. İndiki vəziyyətdə bu, çətin görünür”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button