“Real”ın prezidentindən Vinisius haqda açıqlama

“Real”ın prezidenti Florentino Peres, Vinisius Juniorla yeni müqavilə ilə bağlı danışıqlara münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yeni müqavilə üçün hələ tələsmədiklərini söyləyib:

“Vinisiusun müqaviləsini yeniləməyə tələsmirik. Danışmaq üçün qarşıda bütün mövsümümüz var. Hər şeyə görə məsuliyyət daşıdığımı düşünürsüz, amma bu, idman direktorunun işidir. Vinisius “Real”ın ən yaxşı oyunçularından biridir. O, bizə son UEFA Çempionlar Liqasını qazandırdı”.

Vinisius 2018-ci ildən “Real”da çıxış edir. 25 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda 51 oyun keçirib, 21 qol vurub və 14 məhsuldar ötürmə edib. Onun Madrid klubuyla hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button