Bikalyo “Qarabağ”dan gedir? – AÇIQLAMA

Braziliya klubu “Botafoqo” “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo ilə maraqlanır.

“Botafoqo”dan əlavə, braziliyalı futbolçu “Braqa” və “Sivasspor”un transfer siyahısındadır. Bu barədə “Bolavip Brasil” nəşri məlumat yayıb. Amma “Qarabağ”ın Bikalyo üçün nə qədər təzminat tələb etdiyi açıqlanmayıb.

Bikalyo haqdakı transfer xəbərlərinin nə qədər real olması və 24 yaşlı oyunçuya rəsmi təklifin olub-olmaması ilə bağlı “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq.

Klub rəsmisi Komanda.az-a açıqlamasında hansısa bir rəsmi təklifin olmadığını bildirdi:

“Hər hansı bir rəsmi təklif yoxdur”.

Bu arada, Pedronun agenti Breno Şarte “İnternasional”ın ona maraq göstərməsi xəbərlərini təkzib edib.

24 yaşlı futbolçu mövsümün əvvəlində “Qarabağ”la müqavilə imzalayıb. Onun müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button