Pedri: “İspaniya millisində çox güclü oyunçu nəsli var”

“Barselona”nın və İspaniya millisinin yarımmüdafiəçisi Pedri ölkəsinin qarşıdan gələn dünya çempionatındakı şansları ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırkı Avropa çempionları turnirə favoritlərdən biri kimi gedir və Pedri də eyni fikirdədir:

“Bilirik ki, İspaniya millisi qalib gəlmək üçün əsas namizədlərdən biridir, çünki əla nəticələr göstəririk və çox güclü oyunçu nəsli var. Amma biz buna aludə deyilik, hər bir matça diqqət yetirməyə və inkişaf etməyə çalışırıq. İnanıram ki, böyük nailiyyətlər əldə edə bilərik”.

İspaniya millisi DÇ-2026-da Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvay yığmaları ilə eyni qrupda mübarizə aparacaq.

Mundial 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button