
Pedri qayıdır
“Barselona”nın yarımmüdafiəçisi Pedri zədə səbəbindən təxminən bir ay yaşıl meydanlardan uzaq qalmışdı.
Komanda.az AS-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu artıq sıraya qayıdır.
Pedrinin La Liqanın növbəti turunda, “Levante”yə qarşı keçiriləcək matçda komandaya kömək edə biləcəyi bildirilir. O, 2025/26 mövsümündə 25 oyuna çıxıb, 2 qol vurub və 8 məhsuldar ötürmə verib.
“Barselona” hazırda La Liqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb və lider “Real”dan 2 xal geri qalır. “Levante” ilə qarşılaşma fevralın 22-də, Kataloniyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



