Palmerin agentləri baş məşqçi ilə görüşdülər, narazılıqlarını bildirdilər

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmerin nümayəndələri baş məşqçi Liam Roseniorla müzakirələr aparıblar.

Komanda.az “Matchday”-ə istinadən xəbər verir ki, agentlər 23 yaşlı futbolçunun mövqeyi ilə bağlı narazılıqlarını açıq şəkildə çatdırıblar. Onların fikrincə, Palmer ehtiyat oyunçular skamyası üçün futbolçu deyil və komandada daha çox hörmətə, eləcə də sabit oyun vaxtına layiqdir.

Bildirilir ki, nümayəndələr yarımmüdafiəçinin düzgün rol və müntəzəm şans əldə edəcəyi halda komandaya dərhal fayda verəcəyini xüsusi vurğulayıblar.

İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 19 oyunda meydana çıxıb, 9 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button