Palmer klubunu dəyişməyi düşünür

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer klubundan ayrılmağı düşünür.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, ingiltərəli oyunçunun potensial transferi alıcıya təxminən 170 milyon avroya başa gələcək.

Palmerə maraq göstərən klublar arasında “Real”, “Mançester Yunayted” və “Bayern” yer alır.

23 yaşlı yarımmüdafiəçi bu mövsüm İngiltərə Premyer Liqasında 20 oyunda iştirak edib, 9 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun londonlularla müqaviləsinin müddəti 2033-cü ilin iyununun sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button