
Paketanı həyəcanlandıran oyun: “Çox qorxurdum”
“Flamenqo”nun yarımmüdafiəçisi, tanınmış futbolçu Lukas Paketa keçmişdə kiberidman oyunlarında yaşadığı gərgin anlardan danışıb və təkbaşına qaldığı vəziyyətlərdə çox əsəbiləşdiyini etiraf edib.
Onun sözlərinə görə, bir dəfə dostları ilə oynadığı oyunda məşhur oyunçu Kskerato və digər rəqiblərə qarşı kritik vəziyyətdə qələbə qazanıb. Amma həmin an onun üçün çox stresli keçib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu həmin vəziyyəti belə xatırlayıb:
“Çox qorxurdum. Yataqda idim, həyat yoldaşım gəlib soruşdu ki, “hər şey qaydasındadır?” Mənim ürəyim çox sürətlə döyünürdü, çünki Kskeratoya qarşı kritik raundu qazanmışdım. Dedim ki, bilmirəm nə baş verir, amma çox həyəcanlıyam”.
O, əlavə edib ki, komanda yoldaşları onu qəsdən “son qalan oyunçu sənsən” kimi vəziyyətlərdən xəbərdar etmirdilər, çünki bunun onda panika yaratdığını söyləyib:
“Tək qaldığımı bilsəydim, dərhal əsəbiləşirdim və daha pis oynayırdım”.
Paketa 2019-cu ildə “Paqueta Gaming” adlı kiberidman layihəsi yaradıb. Ancaq bu komanda 2023-cü ildə fəaliyyətini dayandırıb. Layihə 4 il ərzində təxminən 80 min dollar gəlir əldə edib.
Bizi Facebook-da izləyin



