Pərviz Abdullayevin Türkiyə sınağı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev bu gün növbəti döyüşünü keçirəcək.

Komanda.az xəbər verir ki, Abdullayev Türkiyənin İstanbul şəhərində təşkil olunan “Vendetta Fight” turniri çərçivəsində qüvvəsini sınayacaq.

77 kq çəki dərəcəsində çıxış edən Pərviz, Albaniya təmsilçisi Şkodran Veseli ilə qarşılaşacaq. Görüş Ataşehirdəki “Ülker Spor Arena”da baş tutacaq. Bu, Abdullayevin peşəkarlar arasında 55-ci döyüşü olacaq. Bunadək keçirdiyi 54 qarşılaşmada 47 qələbə qazanan Pərviz, 23 dəfə rəqiblərini nokautla məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button