“Özümü əla hiss edirəm, xoşbəxtəm” – Salah

“Liverpul”un hücumçusu Məhəmməd Salah klubla müqavilənin uzadılmasına münasibət bildirib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, misirli futbolçu xoşbəxt olduğunu deyib:

“Hər kəs üçün uğurlu gündür. Bu klubla kuboklar qazandığım üçün özümü əla hiss edirəm, xoşbəxtəm. Müqavilənin uzadılması bir qədər vaxt apardı, amma indi razılaşdıq. Ona görə də, diqqətimizi bundan sonra nə olacağına yönəltməliyik. Son 5-6 ildə “Liverpul” irəli gedir. Keçən mövsüm dörd kubok qazanmağa yaxın idik, lakin təəssüf ki, onlardan ikisini əldən verdik”.

Salah deyib ki, “Liverpul” bütün yarışlarda mübarizə aparmağa hazırdır:

“Liverpul” bir neçə transfer həyata keçirib. Çalışmağa davam edəcəyik. Azarkeşlərə mesajım odur ki, oyunçular gələn mövsüm bütün kubokları qazanmaq üçün əllərindən gələni etmək istəyirlər”.

Misirli forvard ötən mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 51 matçda 31 qol vurub və 15 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button