Özilin Çinə getdiyini görmək istəmirəm – Sabiq “Arsenal”lı

“Arsenal”ın sabiq futbolçusu Emmanuel Petit komandadakı gələcəyi müzakirə olunan Məsut Özillə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, fransalı sabiq futbolçu, Özilin çətin anlar yaşadığını, motivasiyasını itirdiyini deyib:

“Məncə, Özil motivasiyasını və həyəcanını itirdi. Sanki, karyerasını bitirəcəyi anı gözləyir. Meydandakı hərəkətləri yaxşı deyil. Ümid edirəm ki, həm özü üçün, həm də “Arsenal” üçün uyğun yol tapılar”.

Petit, Özilin Çin klublarından birinə transfer olunmasını istəmədiyini də deyib:

“Məsut Özilin Çinə getdiyini görmək istəmirəm. Çinə qarşı hansısa mənfi fikrim yoxdur, amma onun kimi futbolçu üçün Çin uyğun yer deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button