Ozanlı “Eyndhoven” evdə uduzdu

Futbol üzrə Niderland birinci divizionunda 34-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Breda” ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib – 1:2.

Ozan da bu görüşün iştirakçısı olub. O, 78-ci dəqiqədə meydana buraxılıb.

“Eyndhoven” hazırda 51 xalla 20 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button