Avropa Liqası: Həftənin ən yaxşı futbolçusu adına namizədlər bəllidir

UEFA Avropa Liqasının 1/8 finalının cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ada “Feyennord”dan Orkun Kökçü, “Mançester Yunayted”dən Kasemiro, “Sportinq”dən qapıçı Antonio Adan və “Union”dan (Belçika) Lazare Amani iddialıdır.

Konfrans Liqasında isə “Gent”dən Gift Emmanuel Orban, “Alkmaar”dan Yesper Karlsson, “Anderlext”dən Bart Verbruggen və”Vest Hem”dən Carrod Bouen namizəddir.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button