
Qarsiya İspaniya ilə oyun haqda: “Müdafiə olunmaq fikrimiz yoxdur”
Belçika millisinin baş məşqçisi Rudi Qarsiya DÇ-2026-nın 1/4 finalında İspaniya yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı mütəxəssis İspaniya millisinin yaxşı formalaşmış komanda olduğunu bildirib:
“Təbii ki, qarşımızda dünya çempionatının əsas favoritlərindən biri dayanacaq. İspaniya millisi bu mundialda hələ qol buraxmayıb və çox yaxşı formalaşmış komandadır. Biz onların qapısına yol tapmaq üçün əlimizdən gələni edəcəyik. Sadəcə, müdafiə olunmaq fikrimiz yoxdur. Belə oynasaq, turnirlə vidalaşacağıq. Hamı bizi məğlub olmuş komanda hesab edir, amma hələ öz sözümüzü deyəcəyik”.
İspaniya – Belçika matçı bu gün keçiriləcək. Qarşılaşma saat 23:00-da start götürəcək.
Bizi Facebook-da izləyin



