DÇ-2022: “Oyunun sonunda yenə də əsəbiləşdim” – Skaloni

Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının 1/8 final mərhələsində Avstraliyaya qalib gəldikləri oyundan (2:1) sonra fikirlərini bölüşüb.

Komanda.az “Clarin”-ə istinadən xəbər verir ki, o, fasilə zamanı edilən dəyişikliklərin nəticə verdiyini bildirib:

“Çətin oyun oldu. Avstraliya yığması təzyiq göstərdi. Bu da ilk hissədə bizə çox problem yaratdı. Fasilə zamanı oyunla bağlı bəzi düzəlişlər etdik. Məncə, nəticəsi də oldu. Düşünürəm ki, biz sakit qələbə qazanmağa layiq idik. Lakin oyunun sonunda yenə də əsəbiləşdim”.

Argentina millisi 1/4 finalda Niderland yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button