“Əla komandam var” – Erik ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq futbolçularının “Liverpul”la matçdakı (2:1) çıxışını dəyərləndirib.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, baş məşqçi oyundan razı qaldığını deyib:

“Oyundan razıyam, amma bunu hər matçda göstərməliyik. Yenə də, hər şey ruhdan başlayır. Əla komandam var, bütün oyunçulardan istifadə etməliyik. Harri Maquayr və Kriştiano Ronaldonu qeyd etməyə ehtiyac yoxdur, onlar heyrətamiz oyunçulardır və tezliklə öz rollarını oynayacaqlar. Yaxşı oyunçularımız var, buna əminəm. Ancaq transfer pəncərəsi hələ bağlanmayıb və biz oyunçuların təkcə kəmiyyətini deyil, həm də keyfiyyətini nəzərə almalıyıq”.

“Mançester Yunayted” bu mövsüm Premyer Liqada ilk qələbəsini qazanıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button