“1/4 final mərhələsi ilə bağlı ilk xahişim…” – Poçettino

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Borussiya”ya (Dortmund) 1:0 hesabı ilə qalib gələn “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino, matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis, bu qələbənin onlar üçün vacib olduğunu deyib:

“Mənim üçün ilk və ya son tur olması fərq etmir, əsas olan hər matçda peşəkar oyun sərgiləməkdir. 1/4 final mərhələsinə yüksəlmək çox vacibdir, amma bu gün göstərdiyimiz oyundan daha yaxşı “performans” sərgiləməyimiz lazımdır. Eyni səviyyədə qalmamağımız mütləqdir. Bunun üçün klub olaraq əsas işimiz hər zaman irəliyə doğru addım ata bilməkdir. Hədəflədiyimiz gələcəyə 70 faiz çatdıq. Hələ də hər gün çox sıx çalışırıq”.

Argentinalı mütəxəssis, 1/4  final mərhələsinin ev oyununu yeni stadionda oynaya biləcəklərinə dair ümidli olduğunu deyib:

“1/4 final mərhələsi ilə bağlı ilk xahişim, bu turun ev oyununu yeni stadionda keçirməyimizdir. Klub prezidenti Daniel Levi ilə bunu müzakirə etdik. Oyundan əvvəl Çempionlar Liqasının himnini o stadionda eşitmək istəyirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button