“Oyun göründüyü qədər asan keçmədi” – Kuçka

Slovakiya millisinin üzvü Yuray Kuçka AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasını məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az Slovakiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, mərkəz yarımmüdafiəçisi 5:1 hesabıyla bitən görüş haqda bunları deyib:

“Hər dəfə qol vuranda gözəl hisslər keçirirəm. Bu dəfə uzaq məsafədən vurduğum zərbə ilə toru silkələdim. Uzun müddət idi qol vura bilmirdim.

Vacib olan, rəqib qapısından iki erkən qol keçirmək idi və rəqib qol vurduqdan soonra da hesabı 3:1 etməyi bacardıq. Azərbaycanlı futbolçular topu özlərində saxlaya bilirdilər. Çətin oyun oldu. Hava da isti idi, oyun göründüyü qədər asan keçmədi.

Marek Hamşikin əldə etdiyi uğur inanılmazdır. Onun bundan sonra da qollar vurmasını və bizi böyük bir uğura aparmasını arzulayıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button