Etiraf etdi: Halandın oyunlarını izləmir

“Barselona”nın sabiq yarımmüdafiəçisi Andres İnyesta “Mançester Siti”nin hücumçusu Erlinq Haland haqda danışıb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, İnyesta norveçli hücumçunu yaxından izləmədiyini etiraf edib:

“Mən Halandı yaxından izləmirəm. O, Kriştiano Ronaldo və Lionel Messinin qol rekordlarını qıra bilərmi? Eyni səviyyədə oynasa, bacarar. Lakin Lionel və Kriştiano kimi olmaq çox çətindir”.

Haland bu mövsüm “şəhərlilər”in heyətində 18 oyuna çıxıb, 23 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button