“Oynadığım hər ölkədən evimdə bir forma var” – Nazarov

Azərbaycan yığmasının sabiq futbolçusu Dmitri Nazarov Almaniya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, o, AÇ-2016-nın seçmə mərhələsinin İtaliya (1:3) və DÇ-2018-in seçmə mərhələsinin Almaniya (1:4) ilə matçları haqda fikirlərini bölüşüb:

“Azərbaycan millisinin heyətində Manuel Noyer və Canluici Buffonun qapısından keçirdiyim qollar karyeramın ən maraqlı məqamları olub. Almaniyada yaşadığım üçün 2017-ci ildə bu ölkənin yığmasına qarşı oyunumuzu bütün qohumlarım, dostlarım izləyirdilər.

Almaniya millisi həmin vaxt çox uğurlu idi, dünya çempionu kimi çıxış edirdi və bir müddət idi qol buraxmırdı. Həm Almaniya, həm də İtaliya ilə görüşdə qol vurmağım böyük təcrübə oldu”.

Nazarov evində müxtəlif futbolçuların formalarının olduğunu açıqlayıb:

“Oynadığım hər ölkədən evimdə bir forma var. Ən çox formanı Azərbaycan millisinin heyətində çıxış edərkən əldə etmişəm. Canluici Buffon, Luka Modriç, İvan Rakitiç və Tomas Müllerin formaları çərçivəyə salınıb”.

Dmitri Nazarov 2014-2022-ci illərdə Azərbaycan millisinin heyətində 45 oyuna çıxıb, 7 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button