
Otamendi Argentinaya qayıtdı
Argentina millisinin müdafiəçisi Nikolas Otamendi karyerasında yeni səhifə açıb. O, “Benfika”dan ayrılaraq vətəninə dönüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “River Pleyt”in mətbuat xidməti argentinalı futbolçu ilə müqavilə imzalandığını rəsmən açıqlayıb. Mərkəz müdafiəçisi iyuldan etibarən Buenos-Ayres təmsilçisinin formasını geyinəcək. O, yeni klubuna azad agent statusunda qoşulub.
Otamendi son altı mövsümü “Benfika”da keçirib. O, karyerası ərzində həmçinin, “Mançester Siti”, “Valensiya” və “Portu” kimi klubların da şərəfini qoruyub.
38 yaşlı futbolçu qarşıdakı dünya çempionatı üçün Argentina millisinin yekun heyətinə daxil edilib. Veteran müdafiəçi milli komandanın heyətində ümumilikdə 130 oyun keçirib.
Bizi Facebook-da izləyin



