Ötən ilin ən yaxşı müdafiəçiləri müəyyənləşib

2023-cü ilin ən yaxşı müdafiəçiləri açıqlanıb.

Komanda.az “S90” nəşrinə istinadən xəbər verir ki, birinci sırada İngiltərənin “Arsenal” klubunun və Fransa millisinin müdafiəçisi Uilyam Saliba qərarlaşıb.

“Mançester Siti”dən Kayl Uolker ikinci, onun komanda yoldaşı Ruben Diaş üçüncü olub.

“Liverpul”dan Vircil Van Dayk dördüncü, İtaliyanın “İnter” klubundan Federiko Dimarko beşinci, Almaniya çempionu “Bayern”dən Kim Min Jae altıncı, Fransa təmsilçisi PSJ-dən Əşrəf Hakimi yeddinci pillədədir.

“10-luğ”u “Liverpul”dan Trent Aleksander-Arnold, “Bayern”dən Alfonso Deyvis və İspaniyanın “Barselona” komandasından Ronald Arauxo tamamlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button