Qattuzo “Fiorentina”dan ayrıldı RƏSMİ

Ötən ayın sonunda “Fiorentina”ya baş məşqçi təyin olunan Cennaro Qattuzo klubu tərk edib.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Qattuzonun klub rəhbərliyi ilə fikir ayrılıqlarına görə müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qattuzo mayın sonunda “Fiorentina”ya baş məşqçi təyin olunmuşdu.