“Niyə də yox?!”

İngiltərənin “Tottenhem” klubunun prezidenti Daniel Levi açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klub prezidenti, sabiq baş məşqçi Mauriso Poçettinonun vəzifəsindən göndərilməsi ilə bağlı danışıb:

“Maurisio ilə beş ildən çox birlikdə çalışdıq. Bu qərarı vermək mənim üçün olduqca çətin idi. Məsələylə bağlı Poçettino ilə danışığımız oldu və o, məni başa düşdü. Onun vəzifəsindən göndərilməsində heç bir şəxsi səbəb yoxdur. Əminəm ki, o, karyerasına daha güclü şəkildə davam edəcək və daha yaxşı komandaya rəhbərlik etmək fürsəti qazanacaq.

Onun nə vaxtsa komandaya qayıtması? Niyə də yox?! Heç bir halı istisna etmirəm. Hazırda keçmişi təhlil etmək fikrində də deyiləm. Poçettino komandamızda möhtəşəm işlər gördü, bunun üçün ona təşəkkür etməliyik. Onunla yaxşı münasibətlərimiz var, sadəcə artıq yolları ayırmaq vaxtı idi”.

2014-cü ildən “Tottenhem”in “sükanı arxasında” olan argentinalı mütəxəssis noyabrda istefaya göndərilib və onu Joze Mourinyo əvəzləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button