“Onun istirahətə ehtiyacı olub-olmadığına qərar verəcəm, amma…” – Sarri

İtaliya A Seriyasının 34-cü turu çərçivəsində “Latsio”ya 2:1 hesabı ilə qalib gələn “Yuventus”un baş məşqçisi Mauritsio Sarri açıqlama verib.

Komanda.az xəbər verir ki, qələbəylə bağlı danışan mütəxəssis, hər iki qolun müəllifi olan Kriştiano Ronaldo haqqında bunları deyib:

“Bütün oyunlar çətindir, altı gün içərisində üç matç keçiririk. Buna görə də, oyunlara ən yaxşı şəkildə köklənməli və lazım olan xalları toplamalıyıq.

Kriştiano əla futbolçudur, oyunlar arasında formasını bərpa edə bilmə bacarığına sahibdir. Təkcə fiziki deyil, zehni cəhətdən də bunu bacarır. Çox qərarlı, qətiyyətli futbolçudur. Onun istirahətə ehtiyacı olub-olmadığına qərar verəcəm, amma hazırda mükəmməl formada görünür. Paulo Dibala və Qonsalo İquayn bu günlərdə müəyyən problemlər yaşadı.

Çempionlar Liqasına gəlincə, A Seriyasını lazım olan şəkildə bitirdikdən sonra bu turnirə köklənəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button