“Onun “Çelsi” üçün düzgün adam olduğunu düşünürəm” – Jiru

İngiltərənin “Çelsi” klubunun futbolçusu Olivye Jiru komandanın yeni baş məşqçisi Frenk Lempardla bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “Radio 5 Live Sports Extra”ya danışan fransalı hücumçu, Lempardın “zadəganlar” üçün doğru mütəxəssis olduğunu deyib:

“Mən Lempardın enerjisini, hər zaman daha yaxşı olmaq və qazanmaq həvəsini sevirəm. Onun “Çelsi” üçün düzgün adam olduğunu düşünürəm. O, bu klubun əfsanəsidir. Biz onun məşqçi keyfiyyətlərinə, komandanı daha yaxşı etmək qabiliyyətinə inanırıq.

Artıq Premyer Liqada keçirəcəyimiz ilk oyunu böyük həvəslə gözləyirik. Transfer qadağası özünü göstərmək istəyən gənc futbolçular üçün yaxşı şans olacaq”.