İkardinin həyat yoldaşı: “Onun 4 telefonu var idi”

“Qalatasaray”ın hücumçusu Mauro İkardinin həm həyat yoldaşı, həm də agenti olan Vanda Nara argentinalı futbolçu haqqında maraqlı açıqlama verib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, İkardinin müxtəlif qadınlarla əlaqə saxlamaq üçün eyni anda dörd telefondan istifadə etdiyini bildirib:

“Onun 4 telefonu var idi. Qadınları qitələrə görə bölürdü. Bu, əsl dəlilikdir. Bir telefon “yaxşı” idi, klubdan zəng edirdilər, cavab verirdim. Qalanları qadınlar üçün nəzərdə tutulmuşdu”.

İkardi 2022-ci ildən “Qalatasaray”da çıxış edir. Argentinalı hücumçu karyerası ərzində “İnter”, PSJ və “Sampdoriya”da da oynayıb. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button