Onu Ronaldonun yanına aparmaq istəyirlər

“Mançester Yunayted”in keçmiş qapıçısı David de Xea yenidən “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ilə bir araya gəlməyə hazırlaşır.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 32 yaşlı ispaniyalı qolkiperi müqavilə imzalamağa razı salmaq üçün əlindən gələni edir.

De Xea bu yay “Mançester Yunayted”lə müqaviləsi başa çatdıqdan sonra azad agent statusundadır. O, əvvəllər Ronaldo ilə birlikdə MY-də forma geyinib.

Bundan əvvəl qapıçının zədəli Tibo Kurtuanı əvəzləmək üçün “Real”ın siyahısında olduğu, lakin Madrid klubunun baş məşqçisi Karlo Ançelottinin De Xeanın namizədliyindən imtina etdiyi bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button